Azərbaycan aviasiyası Türkiyədəki təlimlərdə iştirak edəcək - Fotolar
Tarix: 17-06-2022 10:42 | Bölmə: Gündəm
Azərbaycan aviasiyası Türkiyədəki təlimlərdə iştirak edəcək

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbi qulluqçularının iştirakı ilə təşkil olunan “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminə hazırlıq məqsədilə brifinq keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əvvəlcə iştirakçılara təlimin planlaşdırılması və keçiriləcəyi ərazi, ona hazırlıq prosesi, həmçinin mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları və aviasiya vasitələri təmsil edəcək.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}