11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İlham Əliyev İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib
Tarix: 17-06-2022 12:28 | Bölmə: Gündəm
İlham Əliyev İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib.

Reyting.az
xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirilib.

Bu Forumun beynəlxalq səviyyədə artıq qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyi bildirilib.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}