17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İlham Əliyev İsrailin sabiq baş naziri ilə görüşüb
Tarix: 17-06-2022 16:45 | Bölmə: Gündəm
İlham Əliyev İsrailin sabiq baş naziri ilə görüşüb

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.

Reyting.az
xəbər verir ki, görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulandı. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirildi.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olundu. Bildirildi ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}