Putin Azərbaycan prezidenti ilə Aşqabadda görüşəcək
Tarix: 27-06-2022 20:45 | Bölmə: Gündəm
Putin Azərbaycan prezidenti ilə Aşqabadda görüşəcək

Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş Aşqabadda Xəzər Sammiti çərçivəsində baş tutacaq.

Y. Uşakov deyib ki, Putin səfər çərçivəsində Türkmənistan və İran prezidentləri ilə də ikitərəfli görüşlər keçirəcək.

Uşakov Rusiya prezidentinin, həmçinin Xəzər Sammiti çərçivəsində Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşəcəyini, onu yubileyi münasibətilə şəxsən təbrik edəcəyini söyləyib.

Uşakov xatırladıb ki, iyunun 29-da Xəzər Sammiti günü Türkmənistanın eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 illik yubileyi qeyd olunacaq: "Putin Türkmənistan parlamentinin yuxarı palatasının spikeri ilə xüsusi görüş keçirəcək və onu şəxsən təbrik edəcək. Bundan əlavə, dövlət başçısı Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. Onunla qısa söhbət olacaq, daha sonra altıncı Xəzər Sammitində iştirak nəzərdə tutulur. Sammit başa çatdıqdan sonra prezidentimiz Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüş keçirəcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}