İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib - Yenilənib
Tarix: 09-08-2022 18:38 | Bölmə: Gündəm
İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü barədə paylaşım edib.

Reyting.az 
xəbər verir ki,paylaşımda deyilir: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan prezidenti İlham Əliyev ilə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Reyting.az
xəbər verir ki, görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}