18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Baş nazir Şuşa ilə bağlı daha iki qərar verib
Tarix: 11-08-2022 19:22 | Bölmə: Gündəm
Baş nazir Şuşa ilə bağlı daha iki qərar verib

“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib.

Reyting.az
 xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı” təsdiq edilib.

Bu qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Baş nazir bununla yanaşı, “Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqləyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər