13:27 / 03-02-2026
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
13:12 / 03-02-2026
Yaponiyada güclü qar 30 nəfərin ölümünə səbəb olub
12:51 / 03-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:50 / 03-02-2026
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
12:34 / 03-02-2026
İki nəfər 26 kq narkotiklə tutulub
12:24 / 03-02-2026
Şura bloger və "tiktoker"lərə müraciət edib
12:21 / 03-02-2026
Türk dronları vətəndaş müharibəsinin axarını dəyişir
12:10 / 03-02-2026
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
12:06 / 03-02-2026
Tehranda bazar yanır
11:59 / 03-02-2026
DYP sürücülərə müraciət edib
11:59 / 03-02-2026
Tramp universitetdən 1 milyard dollar təzminat istəyir
11:51 / 03-02-2026
Rusiya təhlükəsi: Finlandiya buzqıran gəmiləri hərəkətə gətirir
11:45 / 03-02-2026
Almaniyanı tərk edən qaçqınların sayı artıb
11:31 / 03-02-2026
Rus ordusu Odessanı zülmətə qərq edib
11:30 / 03-02-2026
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
11:23 / 03-02-2026
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
11:14 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
11:06 / 03-02-2026
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
11:00 / 03-02-2026
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
10:59 / 03-02-2026
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
10:43 / 03-02-2026
Gəncədə 25 yaşlı şəxs öldürülüb
10:17 / 03-02-2026
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
10:01 / 03-02-2026
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
09:31 / 03-02-2026
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
08:17 / 03-02-2026
Ərdoğan: Türkiyə sülhü dəstəkləməyə yönəlik addımları alqışlayır
08:11 / 03-02-2026
Baş nazirin hakimiyyəti saxlamaq planı üzə çıxıb
08:06 / 03-02-2026
Taylandda fil turisti tapdalayıb öldürüb
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
İlham Əliyev dörd ölkənin səfirlərinin etimadnamələrini qəbul edib - Fotolar (Yenilənir)
Tarix: 18-08-2022 14:54 | Bölmə: Gündəm

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Zoe Daun Kolson-Sinkler etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb, əlaqələrin genişlənməsinin qarşılıqlı maraqlarımıza cavab verdiyini deyib. Azərbaycanla Yeni Zelandiyanın bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, siyasi sahədə yaxşı dialoqun mövcud olduğunu bildirən dövlət başçısı, eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan ölkələrimizin imkanları barədə məlumatların çatdırılmasının, biznes dairələri arasında təmasların qurulmasının zəruri olduğunu bildirdib.
Xanım Zoe Daun Kolson-Sinkler ilk dəfə Bakıya səfər etdiyini bildirərək deyib ki, çox gözəl ölkə olan Azərbaycana gəlişindən məmnunluq hissi duyur. Səfir də öz növbəsində əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılmasının vacibliyini bildirib. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulumasının 30 illiyinin qeyd olunduğunu vurğulayan səfir beynəlxalq müstəvidə Azərbaycanın və Yeni Zelandiyanın əlaqələrin genişləndirilməsi işinə böyük önəm nümayiş etdirdiyini deyib.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiynin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərə toxunaraq, siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyəsindən məmnunluğunu bildirdi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyini dedi, ikitərəfli formatda tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd etdi və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində, bundan başqa humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.
Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini dedi. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırdı.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul etdi.
Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Dipuo Berta Letsatsi-Duba etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlətimizin başçısı səfirlə söhbət edib.
Ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, vurğuladı ki, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilər aşağı həddədir. Dövlətimizin başçısı bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan istifadə ediləcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Afrika qitəsi ölkələri ilə münasibətlərinin daha da genişləndirildiyini deyən Prezident İlham Əliyev Qoşulmama Hərəkatında əməkdaşlığımızı vurğulayıb. Ölkəmizin bu təşkilat çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində çox ciddi səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilməsini bunun yaxşı nümunəsi kimi dəyərləndirib.
Xanım Dipuo Berta Letsatsi-Duba ölkəsinin Azərbaycana regionda və ümumilikdə strateji tərəfdaş kimi münasibət göstərdiyini qeyd edərək, Cənubi Afrika Respublikasının əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu vurğulayıb. Səfir münasibətlərimizin daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə edib.
Söhbət zamanı turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, iki ölkənin biznes dairələri arasında münasibətlərin yaradılmasının və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.
***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.
Reyting.az xəbər verir ki, səfir Adum Danqay Nokur Qet etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə söhbət etdi.
Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında da sıx əməkdaşlıq həyata keçirildiyini bildirdi və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiyini dedi. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasının Çad tərəfindən dəstəklənməsini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda Çadın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini və Qarabağın işğaldan azad edilməsini alqışlamasını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda maddi-mədəniyyət abidələrimizin, İslam dininə aid mədəni irsimizin, 65 məscidimizin yerlə-yeksan olunduğunu qeyd etdi.
Azərbaycan Prezidenti siyasi əlaqələrimizin yaxşı səviyyəsi nəzərə alınaraq, iqtisadi-ticari əməkdaşlığın da müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Çadın nümayəndəsi - İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Tahanın Azərbaycana səfərini, eyni zamanda, işğaldan azad edilmiş Şuşada olmasını və bu yaxınlarda onunla Konyada İslam Həmrəyliyi Oyunları çərçivəsində görüşünü məmnunluqla xatırladı.
Adum Danqay Nokur Qet səfir kimi fəaliyyətində əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi. Səfir dedi: “Siz İslam ümmətində öz müdrik rəhbərliyinizlə seçilən bir şəxsiniz və həmçinin bu ümmətə aid olan bütün ölkələr, qardaşlıq telləri ilə bir-birinə bağlı olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində, işbirliyinin daha da möhkəm bünövrə əsasında qurulmasında öz yanaşmanızla seçilən bir insansınız”.
Səfir Adum Danqay Nokur Qet Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələrin böyük önəm daşıdığını vurğuladı və bunu yüksək qiymətləndirdi. Diplomat bu təşkilatların üzv ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaları üçün ölkəmiz tərəfindən qrantların ayrılmasını xüsusi vurğuladı.

Bölməyə aid digər xəbərlər

Bu gün, 11:30
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
Bu gün, 11:23
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Bu gün, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
Dünən, 11:04
Milli Məclisin iclası başlayıb
Dünən, 10:16
Əli Əsədov qərar imzalayıb
Dünən, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Dünən, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər