Qubadakı meşə yanğınları tam söndürülüb - Video
Tarix: 22-08-2022 13:12 | Bölmə: Gündəm
Qubadakı meşə yanğınları tam söndürülüb

Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a bildirilib ki, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib.

Ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar nəticəsində təxminən 5000 hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb. Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}