Özbəkistan prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini təltif edib
Tarix: 30-08-2022 12:10 | Bölmə: Gündəm
Özbəkistan prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini təltif edib

Özbəkistan prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini təltif edib.

Özbəkistanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}