Bu gün Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan arasında görüş olacaq
Tarix: 31-08-2022 09:56 | Bölmə: Gündəm
Bu gün Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan arasında görüş olacaq

Bu gün Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistanın Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Reyting.az
xəbər verir ki, üçtərəfli görüş Brüsseldə baş tutacaq.

Ötən həftə Şuşada mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}