14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zaqatala, Oğuz, Qəbələdə dağlıq ərazidə yanğın davam edir - Video
Tarix: 04-09-2022 23:44 | Bölmə: Gündəm
Zaqatala, Oğuz, Qəbələdə dağlıq ərazidə yanğın davam edir

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində İsmayıllı rayonunun Bəhliyan kəndi istiqamətində baş vermiş yanğın söndürülüb.

Reyting.az
 FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində təxminən 30 hektar sahədə kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.

Bununla yanaşı, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir.

Həmçinin, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğınla əlaqədar hazırda tüstü mənbələrinin tam söndürülməsi üzrə tədbirlər davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}