18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan XİN Rusiya səfirliyinə terror hücumunu pisləyib
Tarix: 05-09-2022 14:52 | Bölmə: Gündəm
Azərbaycan XİN Rusiya səfirliyinə terror hücumunu pisləyib

5 sentyabr 2022-ci ildə Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə terror hücumu olub. Azərbaycan Xarici İşlər Nazirliyi hücum nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının həlak olması xəbərini kədərlə qarşılayır və hadisəni pisləyir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildiriblər.

Azərbaycan XİN bəyan edir ki, terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. “Diplomatların həyatına qəsd qəbuledilməzdir. Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə XİN-nin açıqlamada qeyd olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər