18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Prezident Qarabağ iqtisadi rayonu ilə bağlı sərəncam imzalayıb
Tarix: 07-09-2022 14:09 | Bölmə: Gündəm
Prezident Qarabağ iqtisadi rayonu ilə bağlı sərəncam imzalayıb

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Reyting.az
xəbər verir ki, bu barədə prezident İlham Əliyev Sərəncam imzalayıb.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər