Putin Əliyevlə Paşinyanı Rusiyada görüşə dəvət edib
Tarix: 14-10-2022 11:31 | Bölmə: Gündəm
Putin Əliyevlə Paşinyanı Rusiyada görüşə dəvət edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.

Reyting.az
xəbər verir ki, Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

Putin daha sonra Fransa prezidenti E. Makronun Qarabağla bağlı bəyanatına, o cümlədən Rusiyanın Cənubi Qafqazda sabitliyi pozmaq məqsədi barədə sözlərinə toxunub: "Bu bəyanat səhv və qəbuledilməzdir. Rusiya hər zaman Qarabağ da daxil olmaqla bütün münaqişələri nizamlamağa səmimi səy göstərib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}