Türkiyə Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı hesabat hazırlayıb
Tarix: 18-10-2022 11:06 | Bölmə: Gündəm
Türkiyə Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı hesabat hazırlayıb

"Türkiyə Ermənistanın Azərbaycan ərazilərini minalaması ilə bağlı hesabat hazırlayıb".

Bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç bu gün Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının iclasında çıxışı zamanı deyib.

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalandığını vurğulayan Türkiyənin Baş Ombudsmanı işğaldan azad olunan yerləri ziyarət etdiyini xatırladıb. O, həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat hazırladıqlarını qeyd edib.

Vətən müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə Azərbaycan şəhərlərini bombaladığını xatırladan Ş.Malkoç həmin şəhərlərdə olduğunu və insan hüquqları ilə bağlı hesabat hazırladıqlarını bildirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}