Dini liderlər Bakıda: Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub - Foto
Tarix: 19-10-2022 10:10 | Bölmə: Gündəm
Dini liderlər Bakıda: Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Bakıda Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Reyting.az
xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına və Türk şəhidliyinə gedən din xadimləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.(Report)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}