11:00 / 03-02-2026
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
10:59 / 03-02-2026
Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
10:43 / 03-02-2026
Gəncədə 25 yaşlı şəxs öldürülüb
10:17 / 03-02-2026
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
10:01 / 03-02-2026
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
09:54 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar
09:31 / 03-02-2026
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
08:17 / 03-02-2026
Ərdoğan: Türkiyə sülhü dəstəkləməyə yönəlik addımları alqışlayır
08:11 / 03-02-2026
Baş nazirin hakimiyyəti saxlamaq planı üzə çıxıb
08:06 / 03-02-2026
Taylandda fil turisti tapdalayıb öldürüb
08:02 / 03-02-2026
Qəzzanın idarəçiliyi Milli Komitəyə verilir
07:56 / 03-02-2026
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
07:49 / 03-02-2026
Tramp yenə BMT-ni tənqid edib
07:42 / 03-02-2026
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
İlham Əliyevlə Ərdoğan Zəngilanda “Dost Aqropark”ın açılışında iştirak ediblər - Yenilənib
Tarix: 20-10-2022 15:20 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Reyting.az xəbər verir ki, dövlət başçılarına kompleks barədə məlumat verilib.
Bildirilib ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış ət məhsullarının paketlərinin üzərinə “Made in Karabağ” etiketlərinin ilk nümunələrini vurublar.
Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak ediblər. Açılış mərasimində Türkiyənin və Azərbaycanın ağır atletika üzrə milli komandalarının üzvləri, klubun həvəskar idmançıları prezidentlərlə söhbət ediblər.
Məlumat verilib ki, “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Karabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.
Qeyd edək ki, “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Ötən bir il ərzində “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb.
Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Sonra konsert proqramı təqdim edildi və kompleks barədə videoçarx nümayiş olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış ediblər.
Prezident İlham Əliyev deyib:
- Bu gün Zəngilan rayonunun tarixində unudulmaz bir gündür. Qardaş ölkənin sayın Cümhurbaşqanı, qardaşım Rəcəb Tayyib Ərdoğan Zəngilana təşrif buyurub. Bu, bizim üçün böyük bayramdır, bütün Azərbaycan xalqı üçün böyük bayramdır.
Əziz qardaşımı və onunla bərabər Azərbaycana gəlmiş bütün türk bacı-qardaşlarımızı səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz!” deyirəm. Biz düz bir il bundan əvvəl, bax, burada idik, o zaman bura boş sahə idi, heç nə yox idi. Burada “Aqropark”ın təməlini qoyduq. Bu gün artıq burada görülən işlərlə tanış olarkən bir daha gördük ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu hər bir sahədə özünü göstərir və hər bir sahədə gözəl nəticələr verir.
Burada qeyd olundu ki, bu gün Zəngilan üçün xüsusi bir gündür. Düz iki il bundan əvvəl oktyabrın 20-də Zəngilan şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilmişdir. Zəngilanın 27 illik işğalı sona çatmışdır. Məhz bu gündə Zəngilanda olmağınız, əziz qardaşımla bərabər Zəngilan Hava Limanının və bu “Aqropark”ın açılışını etməyimiz, əlbəttə ki, xüsusi məna daşıyır. Bu “Aqropark”ın yaradılmasında əməyi olan hər bir kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Burada qeyd olundu ki, bu, birinci özəl sərmayədir. Artıq bu “Aqropark”ın genişləndirilməsi və digər rayonlarda bu kimi aqroparkların yaradılması bu gün də müzakirə edilmişdir. Xeyirli olsun, uğurlu olsun!
Prezident Rəcəb Tayyib Ərdoğan deyib:
- Hörmətli qardaşım İlham Əliyev ilə birlikdə bir il əvvəl burada bu “Aqropark”ın təməlini qoymuşduq. İndi qardaşımla birlikdə görülən işləri, qoyulan sərmayəni bu gün birlikdə gözlərimizlə gördük. İndiyədək təxminən 3 min baş cins qaramalın buraya gətirilməsini və bunun, İnşallah, hədəf olaraq 10 min başa çatdırılmasını, haradan-haraya deyərək müəyyən etdik.
Müharibəni görmüş və bu müharibə nəticəsində insanların yaşayışı üçün tamamilə yararsız hala salınmış bu yerlər indi bərəkətli torpaqlara çevrilib. Gələrkən İlham qardaşımla bu barədə danışdıq, indi qısa vaxtda – iki-iki il yarım ərzində su anbarını da inşa edəcəyik dedi. Bu anbar sayəsində buralar daha bərəkətli torpaqlara çevriləcək. Bu bərəkətli torpaqlarda, İnşallah, heyvandarlıqla yanaşı, buğda, qarğıdalı, arpa yetişdiriləcək.
Səhv etmirəmsə, Yunus Əmrə şeirlərinin birində yazırdı ki, Allah bir buğda dənəsindən, bir sünbüldən yüz minlərlə dənə yaradır. İndi burada da bunun bənzərini görəcəyik. Bu sünbüllər, İnşallah, dənələrə çevriləcək və buradan Azərbaycana, Türkiyəyə və bütün dünyaya göndəriləcək. Bunu unutmayaq, artıq heyvandarlığın, kənd təsərrüfatının dünyada mühüm yer tutmalı olduğu bir zamana giririk. Əminəm ki, İlham qardaşım bu sahədə çox önəmli bir addım atır, bunu reallaşdırır. Bura artıq bir taxıl anbarı, heyvandarlıq baxımından bir bərəkət tarlası və bir çox ölkənin də, İnşallah, qapısını döyəcəyi bölgəyə çevriləcək.
Mən başda İlham qardaşım olmaqla “Dost Aqropark”ın rəhbərlərinə çox-çox təşəkkür edirəm, onları təbrik edirəm.
İnşallah, bu torpaqların bərəkətli torpaqlar olaraq əbədi qalmasını diləyirəm.
Daha sonra dövlət başçıları “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsiblər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:17
İlham Əliyev Əbu-Dabidə baş katiblə görüşüb
Dünən, 11:04
Milli Məclisin iclası başlayıb
Dünən, 10:16
Əli Əsədov qərar imzalayıb
Dünən, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Dünən, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər