Binəli Yıldırımla Şamil Ayrımın olduğu maşın Zəngilanda qəzaya uğrayıb
Tarix: 20-10-2022 21:52 | Bölmə: Gündəm
Binəli Yıldırımla Şamil Ayrımın olduğu maşın Zəngilanda qəzaya uğrayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya düşüb.

Reyting.az
TRT-yə istinadla xəbər verir ki, onlar "tədbir amaclı" tibbi müayinə məqsədilə həkim briqadasının müşayiəti ilə helikopterlə Bakıdakı xəstəxanaya aparılıblar.

Məlumata görə, AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

Türkiyənin səhiyyə naziri deyib ki, hər iki şəxslə görüşüb, səhhətlərində hər hansı problem yoxdur: "Sürücünün də durumu narahatlıq doğurmur".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}