18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əli Əsədov Azərbaycana gələn Pakistanın vətəndaşlarının vizası ilə bağlı qərar verib
Tarix: 21-10-2022 10:39 | Bölmə: Gündəm
Əli Əsədov Azərbaycana gələn Pakistanın vətəndaşlarının vizası ilə bağlı qərar verib

Pakistanın vətəndaşlarına tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsi müəyyən edilib.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, qərarla Azərbaycana səfər edən əcnəbilərə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin həmin əcnəbilərin vətəndaşı olduğu ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən olunduğu ölkələrin siyahısı genişləndirilib. Siyahıya Pakistan da əlavə olunub.

Beləliklə, Azərbaycan ilə Pakistan arasında mövcud yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrini, iki ölkənin siyasi baxımdan həssas məsələlərdə bir-birinə göstərdiyi dəstəyi, eləcə də iqtisadi-ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün atılan addımları və bu mənada xüsusi əhəmiyyət kəsb edən qarşılıqlı səfərlərin əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd edilən Siyahıya Pakistanın əlavə edilməsi məqsədəuyğun hesab olunub.

Bu Qərar Pakista vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsinin qarşılıqlı olaraq Pakistan tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq edilən çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsum dərəcəsinin səviyyəsində müəyyən edilməsini tənzimləyir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər