16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan və Türkiyə hərbçiləri arasında dənizdə taktiki təlim keçirilib
Tarix: 21-10-2022 12:47 | Bölmə: Gündəm
Azərbaycan və Türkiyə hərbçiləri arasında dənizdə taktiki təlim keçirilib

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Foça hərbi dəniz bazasının komandiri kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda təlimdə icra olunan tapşırıqlar təhlil edilib.

Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkdirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}