Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Türkiyəyə yola salınıb
Tarix: 21-10-2022 14:01 | Bölmə: Gündəm
Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Türkiyəyə yola salınıb

AK Parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə səfiri Cahit Bağçı tviterdə yazıb.

O, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "Cənab Prezident İlham Əliyev Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun”.

Səfir hər üç şəxsin vəziyyətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdirilmişdilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}