18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi təsdiqlənib
Tarix: 21-10-2022 17:33 | Bölmə: Gündəm
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin nizamnaməsi təsdiqlənib

Prezident İlham Əliyev bu gün daha bir fərman verib.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi” təsdiqlənib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliynə isə dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməsi tapşırılıb.

Bununla yanaşı, yeni Nizamnaməyə əsasən, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

Sənədə əsasən, Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. Onun tərkibi 3 üzvdən – nazirin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun 2 müavinindən ibarətdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər