Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb
Tarix: 22-10-2022 15:10 | Bölmə: Gündəm
Türkiyə, Azərbaycan və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

Türkiyədə Azərbaycan, Gürcüstan və qardaş ölkənin hərbi qulluqçularının iştirakı ilə “Eternity-2022” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi qulluqçuların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunduğu təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.

Hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsi məqsədilə keçirilən beynəlxalq təlim oktyabrın 28-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}