Əliyev, Putin və Paşinyan Rusiyada görüşəcək - (Yenilənib)
Tarix: 24-10-2022 23:05 | Bölmə: Gündəm
Əliyev, Putin və Paşinyan Rusiyada görüşəcək - (Yenilənib)

Yaxın vaxtlarda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Rusiyada üçtərəfli görüş keçirilə bilər.

Bu barədə Rusiyanın “Vedomosti” nəşri yazıb.

Bildirilir ki, iclasa hazırlıq oktyabrın 14-də keçirilmiş MDB-nin Astana sammitindən sonra başlayıb.

Diplomatik mənbələrin məlumatında qeyd olunur ki, üçtərəfli görüş oktyabrın son günlərində Moskva və ya Soçidə ola bilər.

***

Rusiya prezidenti Azərbaycan və Ermənistan liderlərini Rusiyaya üçtərəfli sammitə dəvət edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Rusiya bütün səviyyələrdə tərəfdaşlarla Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli naminə işləməyə davam edir. Eyni zamanda sülhə nail olmaq üçün siyasi iradə və hər iki tərəfin razılığı lazımdır.

Rusiya XİN rəsmisi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya növbəti üçtərəfli sammitə dəvət edib. Burada üçtərəfli və ikitərəfli məsələlərin bütün spektrinin müzakirəsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}