21:19 / 25-11-2024
İlon Mask Avstraliyanın daxili işinə qarışır
21:06 / 25-11-2024
Direktor və dəstəsi oğurluğa cəhd edərkən yaxalanıb - Fotolar
20:35 / 25-11-2024
NATO-nun baş katibi Türkiyə prezidenti ilə görüşə gəlib - Yenilənib
20:34 / 25-11-2024
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
19:04 / 25-11-2024
Nazirlər Kabineti Səhiyyə Nazirliyi barədə qərar verib
18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
17:45 / 25-11-2024
AFFA rəsmisi Danimarka klubunun oyununa təyinat alıb
17:41 / 25-11-2024
Deputat əmisi qızını işdən çıxarıb, yerinə öz xanımını təyin edib
17:38 / 25-11-2024
Pakistanda tayfalararası qarşıdurma: 85 nəfər ölüb, 156 yaralı var - Foto
17:27 / 25-11-2024
"Sabah"a yeni baş məşqçi təyin olunub
17:26 / 25-11-2024
Paşinyan qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaq istəyir
16:42 / 25-11-2024
Şərur MTK məhkəməyə verilib
16:18 / 25-11-2024
Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
16:03 / 25-11-2024
Papuaşvili yenidən spiker seçilib
15:56 / 25-11-2024
31 il əvvəl törədilmiş ağır cinayətin üstü açılıb
15:53 / 25-11-2024
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - Video
15:51 / 25-11-2024
COP29: sui-istifadəyə cəhdlər olsa da, müsbət nəticə əldə edilib
15:50 / 25-11-2024
Sabiq xidmət rəisinə 10,5 il həbs cəzası verilib
15:39 / 25-11-2024
Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələr başlayıb
15:17 / 25-11-2024
“Sabah” baş məşqçini istefaya göndərib
15:12 / 25-11-2024
İsrail səfirliyi yaxınlığında silahlı qarşıdurma olub
15:08 / 25-11-2024
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi təxirə düşüb
15:07 / 25-11-2024
Rusiya Ermənistanın Avrasiyada təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid edir
14:55 / 25-11-2024
“İnteraz” rəhbərinin məhkəməsi keçirilib
14:43 / 25-11-2024
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
14:29 / 25-11-2024
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
14:21 / 25-11-2024
İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edib
14:16 / 25-11-2024
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə təsdiqlənib
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
18:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
14:10 / 25-11-2024
Azərbaycanda yeni bələdiyyələr yaradılıb - Siyahı
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
15:30 / 22-11-2024
Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
İlham Əliyev Gürcüstanda baş nazirlə təkbətək görüşüb, birgə bəyanat verilib - Fotolar (Tam mətn/Yenilənib)
Tarix: 24-10-2022 16:25 | Bölmə: Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.
Reyting.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
***
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb.
Reyting.az xəbər verir ki, Gürcüstanın baş naziri dövlət başçısını qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.
***
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib.
Reyting.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
***
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Reyting.az xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri mətbuata bəyanatla çıxış edib.
-Cənab Prezident.
Hörmətli dostlar, qonaqlar.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi burada səmimiyyətlə salamlayıram. Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün Gürcüstana səfərə gəlib.
Ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.
Bu gün bizim çox vacib görüşümüz oldu, müxtəlif məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığı bir daha vurğuladıq. Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və razılığa gəldik ki, bu gün Ukraynada baş verən hadisələr məhz danışıqlar yolu ilə həll edilməlidir.
Onu da nəzərdən keçirdik ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.
Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.
Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm.
Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.
Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.
Cənab Prezident, bir daha təşəkkür edirəm.
x x x
Sonra dövlətimizin başçısı bəyanatla çıxış edib.
-Hörmətli cənab Baş nazir.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Baş nazir, ölkənizə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Gürcüstanın bu gözəl yerində görüşürük, çox gözəl mənzərəli yerlərdir. Eyni zamanda, küləkdir, sanki Bakı küləyidir. Bu, onu göstərir ki, külək də bu gün bizim burada olmağımızı alqışlayır. Yəni, mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam.
Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük. Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.
Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Baş nazir qeyd etdiyi kimi, bu gün bir çox məsələlər müzakirə olundu. Hələ müzakirələr davam edəcək. Əlbəttə ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.
O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.
Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var - enerji resursları, nəqliyyat dəhlizləri.
Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir.
Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur. Odur ki, mən bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə bir daha təşəkkürümü bildirmək istəyirəm, dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram. Sağ olun.
***
***
"Mən doğrudan da özümü evimdəki kimi hiss edirəm".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda beynəlxalq təşkilatların keçirildiyi tədbirlər çərçivəsində də biz daim görüşürük", - dövlət başçısı bildirib.
***
"Bu gün eyni zamanda söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlaması haqqında fikir mübadiləsi apardıq".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib: "Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.
Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq.
İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda bizim niyyətimiz bundan ibarətdir və beş əsas prinsipdən ibarət biz öz təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək. Eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaq".
***
"Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik".
Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır. ""Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazirin də qeyd etdiyi kimi həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir və biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandom göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq".
O, həmçinin əlavə edib ki, gələn il Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xətti ilə neft ixracı artırılacaq.
O əlavə edib ki, tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır: "Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Bütövlükdə hazırda dünyada və Avropada enerji resurslarına böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bax bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir. Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz durur: xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət"
***
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə deyib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.
Onun sözlərinə görə, iki ölkə arasında misilsiz dostluq və sıx münasibətlər var: "Həmin münasibətlər tarixi əlaqələrə, qarşılıqlı hörmətə arxalanır. Mən əminəm ki, hazırkı mövcud olan əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.
Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və bu gün Ukraynada baş verən hadisələrin məhz danışıqlar yolu ilə həll edilməsi istiqamətində razılığa gəldik. Dünyada baş verən hadisələr həm regionumuz, həm də xalqlarımız üçün yalnız sülh və sabitlik yolu ilə həll edilməlidir. Biz regional vəziyyəti, xüsusilə Azərbaycan və Ermənistan ərazisində olan təmaslar, iki ölkə arasındakı sülh prosesini də nəzərdən keçirdik. Ümidvarıq ki, şəxsən mən və hökumətimiz sülh siyasətini yürütmək üçün əlimizdən gələni edəcəyik. Regiondakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik. Cənab Prezident, Sizin Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləmək istəyirəm ki, Cənubi Qafqazda əməkdaşlıq formatı yaransın".
Baş nazir iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini də müzakirə etdiklərini vurğulayıb: "Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq həyata keçirdiyimiz mühüm lahihələri nəzərdən keçiririk. Bunlar tarixi layihələrdir. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Orta Dəhliz layihələridir. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və işləri daha da sürətləndirmək niyyətindəyik".
***
“Gürcüstan hökuməti regionda sülh siyasətinə və Azərbaycan Prezidentinin Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılmasına dair təklif etdiyi təşəbbüsə bundan sonra da dəstək verməyə tam hazır olduğunu bəyan edir”.
Reyting.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.
Onun sözlərinə görə, sürətlə dəyişən və mürəkkəb çağırışlar şəraitində regionun inkişafı və xalqlarımızın rifahı üçün vacib olan sülh və sabitliyə böyük önəm verilir: “Regiondakı mövcud vəziyyətə, Azərbaycan və Ermənistan arasında son dövrdə sülh danışıqları prosesinin başlanmasına dair əldə olunmuş razılaşmaya da toxunduq. Bu, şübhəsiz ki, bizə böyük ümid verir. Burada bir daha təsdiq etmək istərdim ki, Gürcüstan, şəxsən mən və hökumətimiz birlikdə start verdiyimiz sülh siyasətini davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu bəyan edirik”.
Baş nazir eyni zamanda vurğulayıb ki, dinc qonşuluq təşəbbüsü digər əməkdaşlıq formatları ilə ziddiyyət təşkil etmir və ya onları əvəz etmir, əksinə, bu formatlara kömək edəcək: “Birlikdə daha çox mühüm işlər görəcəyimizə inanıram. Cənubi Qafqazda birgə üçtərəfli əməkdaşlıq formatı mexanizminin yaradılması ilə bağlı Praqada səsləndirdiyiniz təşəbbüsü də alqışlayıram”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 19:04
Nazirlər Kabineti Səhiyyə Nazirliyi barədə qərar verib
Bu gün, 12:51
Azərbaycan və İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə təlimi keçirilir - Fotolar
Bu gün, 00:01
Bu gün Kəlbəcər Şəhəri Günüdür
23-11-2024, 17:57
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
23-11-2024, 16:11
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
23-11-2024, 16:02
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
23-11-2024, 15:45
Nazirlər Kabineti daha bir qərar verib
23-11-2024, 14:31
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
22-11-2024, 16:50
İlham Əliyev: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"
22-11-2024, 15:25
Qazaxın azad olunmuş kəndlərində yeni zastavalar tikiləcək
22-11-2024, 11:54
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
21-11-2024, 19:12
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
21-11-2024, 16:32
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
21-11-2024, 16:23
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
21-11-2024, 12:13
Kərim Vəliyev pakistanlı komandanla görüşüb
20-11-2024, 23:09
Prezident Ağdam şəhəri ilə bağlı paylaşım edib
20-11-2024, 18:07
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
20-11-2024, 17:44
Əli Əsədov iranlı nazirlə müzakirə aparıb
20-11-2024, 09:46
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət edib - Fotolar
20-11-2024, 09:26
COP29: çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub
19-11-2024, 16:13
Azərbaycan və İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb
19-11-2024, 15:41
Azərbaycanın Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir - Fotolar
18-11-2024, 15:29
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
18-11-2024, 15:16
Prezident qanunu təsdiqləyib - Dəyişiklik
18-11-2024, 15:13
İlham Əliyev baş konsul təyin edib
18-11-2024, 14:43
COP29-da Həmsədrlər Koalisiyası yaradıla bilər
18-11-2024, 13:16
İlham Əliyev Surangel Uipps ilə görüşüb - Fotolar
18-11-2024, 12:30
İlham Əliyev Millətlər Birliyi Təşkilatının Baş katibi ilə görüşüb
18-11-2024, 11:00
İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
18-11-2024, 10:05
COP29: Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə olunub
17-11-2024, 18:04
İlham Əliyev federasiya prezidentlərini qəbul edib
17-11-2024, 09:24
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
17-11-2024, 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
16-11-2024, 22:38
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib - Fotolar
16-11-2024, 14:25
Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib
16-11-2024, 10:44
Bakıda COP29 çərçivəsində "Parlament Görüşü" başlayıb
15-11-2024, 17:26
Hərbçilərimiz "Mavi Balina - 2024" təliminə qatılıb
15-11-2024, 17:05
Albaniya Parlamentinin sədri Azərbaycana gəlib
15-11-2024, 14:17
Vladimir Putin İlham Əliyevə zəng edib
15-11-2024, 11:06
İlham Əliyev Mahmud Abbasa məktub göndərib