00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Avropa çıxış yolunu Bakıda axtarır - Təhlil
Tarix: 03-02-2023 19:46 | Bölmə: Gündəm

Azərbaycan növbəti dəfə mötəbər tədbirə ev sahibliyi edir. Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının açılışı olub.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qərbin Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ vasitələr axtardığı bir zamanda belə bir tədbirin keçirilməsi olduqca vacibdir. Digər tərəfdən, bu iclas həm də ölkəmizin Avropa enerji bazarı üçün nə dərəcədə vacib olduğunu bir daha sübut edir.
Prinsip etibarilə rəsmi Bakının enerji siyasəti onun Avropada çəkisini artırdığı kimi, Qərb investisiyasının da ölkəmizə cəlbi baxımından önəmlidir.
Şərqin parlayan ulduzu
Şübhəsiz ki, Avropanın Rusiyadan enerji asılılığına son qoyması birdən-birə baş verməyəcək. Bu, mərhələli prosesdir və prosesin sürətlənməsi üçün alternativ ölkələr nəzərdən keçirilir. Sözügedən kontekstdə bir neçə ölkənin adı çəkilsə də, Azərbaycan Avropaya həm ən yaxın ölkədir, həm də Avropa enerji şəbəkəsinə qoşulacaq TAP və TANAP kimi layihələrin icraçısıdır.
Bundan başqa, Azərbaycanın Mərkəzi Asiya və ərəb ölkələrinə yaxınlığı da gələcəkdə bu ölkələrin TAP və TANAP layihələrinə qoşulması ilə nəticələnə bilər.
Müqayisə üçün qeyd edim ki, ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39.0 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib, lakin bu miqdar Rusiyadan alınan qazla müqayisədə çox kiçikdir.
Digər tərəfdən, rəsmi Bakının Avropaya nəql etdiyi qazın həcmini artırması üçün maliyyə dəstəyinə ehtiyacı var. Söhbət yeni qaz yataqlarının kəşfi, istismarı və TAP, TANAP layihələrin ötürücülüyünü artırmaq üçün investisiya dəstəyindən gedir.
Tədbirlərdə Rumıniya Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirak etməsi də ondan xəbər verir ki, Qərb bu məsələdə rəsmi Bakıya dəstək verməyə hazırdır. Xüsusilə iclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumların təmsil olunması göstərir ki, bu məsələdə təklifi – yol xəritəsini Azərbaycan verəcək.
Bundan əlavə, rəsmi Bakı digər bir strateji gediş olan Yaşıl Enerji strategiyasını da unutmur. Bu istiqamətdə də dünyanın öncül ölkələrindən olmaqda qərarlıdır.
Prezidentin uzaqgörən siyasəti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edib və bir çox mühüm məqamlara toxunub.
Əvvəla, qeyd edim ki, bu gün Avropa üçün həyati əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin reallaşması prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün 10-dan artıq ölkə, habelə bu qədər şirkət bir araya gəlib rəsmi Bakının təkliflərini dəyərləndirir.
Prezident tədbirdə çıxışı zamanı deyib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Prinsip etibarilə bu belədir. Məsələ ondadır ki, hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və müharibənin yenidən aktiv fazaya keçəcəyi ehtimal edilir. Bu isə öz növbəsində Avropanın Rusiya ilə gərginlik fonunda enerji böhranına sürüklənməsi deməkdir.
Prezident çıxışı zamanı bildirib ki, “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir.
Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”.
Ölkə başçısının bu sözləri həm Qərbə “mən bu günləri öncədən görmüş və sizə xəbərdarlıq etmişdim”,- mesajı, eyni zamanda “sizə rəğmən sizsiz bir çox şeyi etmişəm”,- eyhamıdır. Rəsmi Bakı faktiki olaraq bir neçə dəfə Avropadan həm mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətini artırmaq, həm də TAP, TANAP-ın ardı olacaq və Avropanın mərkəzi qaz şəbəkəsinə bağlanacaq yeni layihələr üçün maliyyə dəstəyi təklif etmişdi. Qərb isə Bakının bu təkliflərini o vaxt lazımınca qiymətləndirməmişdi.
Bu gün proses Azərbaycan prezidentinin dediyi motivdə gerçəkləşdiyi üçün yenə çıxış yolu Bakıda axtarılır. Rəsmi Bakının və təbii ki, prezidentin təklifi dəyişməz olaraq qalır.
Ölkə başçısı qeyd edib ki, “TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var”.
Yəni Bakının mövqeyi, tələbləri dəyişməyib. Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini artırmaq və Avropaya daha çox qaz nəqli üçün maliyyə dəstəyi mütləqdir. Hər halda enerji böhranı Qərbi narahat edən məsələdir və buna görə də məhz Qərb Azərbaycana dəstək olmalıdır.
Qərbin dəstəyi olacağı təqdirdə bu iki mühüm hadisə baş verə bilər:
Birincisi, “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqları işlənə, beləcə, Avropaya nəql edilən qazın miqdarı arta bilər.
İkincisi, TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi halında CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var.
Turan RZAYEV
Bölməyə aid digər xəbərlər

Dünən, 11:04
Milli Məclisin iclası başlayıb
Dünən, 10:16
Əli Əsədov qərar imzalayıb
Dünən, 09:18
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
Dünən, 00:22
Bu gün Azərbaycanda Gənclər Günüdür
31-01-2026, 21:10
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
31-01-2026, 09:42
WUF13-lə bağlı dünya parlamentlərinə çağırış olunub
30-01-2026, 20:01
Prezident icra başçısını vəzifədən azad edib - Foto
30-01-2026, 12:29
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
30-01-2026, 09:46
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
29-01-2026, 19:13
WUF13: tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
29-01-2026, 15:40
Əli Əsədov daha bir qərar imzalayıb
29-01-2026, 13:48
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
29-01-2026, 10:03
Məhkəmə qərarı olmadan axtarış aparılma halları genişlənir
28-01-2026, 19:08
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq sazişi təsdiqlənib
28-01-2026, 16:13
Sahibə Qafarova Omana səfər edib
28-01-2026, 13:38
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
28-01-2026, 00:36
Ərdoğanla Tramp Sülh Şurasını müzakirə ediblər
27-01-2026, 18:09
Xəzərin və Bakı buxtasının ekoloji vəziyyəti ilə bağlı iclas keçirilib
27-01-2026, 16:54
Prezident iki nazir müavini təyin edib - Fotolar
27-01-2026, 14:44
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
27-01-2026, 13:20
Zəngilana köç karvanı gedib - (Yenilənib)
27-01-2026, 12:16
İlham Əliyev yeni müəssisənin təməlini qoyub - Fotolar
27-01-2026, 12:08
Sumqayıtda daha bir müəssisənin açılışı olub
27-01-2026, 11:56
Bakı və Abşeronun su təchizatı ilə bağlı sərəncam imzalanıb
27-01-2026, 11:35
Prezident Sumqayıtda zavodun açılışında iştirak edib - Fotolar
26-01-2026, 17:30
Sosial şəbəkələrdə qanunu pozan paylaşım edənlər cəzalandırılacaq
26-01-2026, 17:21
Nazir müavinlərinin sayı artırılıb
26-01-2026, 17:20
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
26-01-2026, 16:28
Prezident daha bir dəyişikliyi təsdiqləyib - Cərimələr artıb
26-01-2026, 16:20
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
26-01-2026, 14:42
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
26-01-2026, 13:48
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - (Yenilənib)
26-01-2026, 11:42
İlham Əliyev general-qubernatoru təbrik edib
26-01-2026, 10:40
İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib - Fotolar
26-01-2026, 10:32
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
24-01-2026, 09:50
ABŞ-nın vitse-prezidenti Azərbaycana səfərə hazırlaşır
24-01-2026, 09:20
Donald Tramp İlham Əliyevə təşəkkür edib
23-01-2026, 16:55
Dini konfessiya rəhbərləri İlham ƏIiyevi təbrik ediblər
23-01-2026, 10:01
Milli Məclisdə Şəhərsalma və Memarlıq İli ilə bağlı konfrans keçiriləcək
22-01-2026, 22:04
Prezident Davosda kimlərlə görüşüb? - Siyahı
22-01-2026, 16:40
İlham Əliyevlə Donald Tramp Davosda görüşüblər - (Yenilənib)
22-01-2026, 14:06
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər