AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb
Tarix: 07-10-2024 11:19 | Bölmə: İdman
AFFA rəsmisi UEFA-dan növbəti təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Reyting.az
xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizim Telegram kanalımıza abunə olun




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}