Tacikistan komandası Rusiya ilə oyundan imtina edib
Tarix: 08-10-2024 07:58 | Bölmə: İdman
Tacikistan komandası Rusiya ilə oyundan imtina edib

Tacikistan komandası Rusiya milli futbol komandası ilə oynamaqdan imtina edib. Pakistan komandası da iki gün əvvəl belə bir qərar vermişdi.

Reyting.az
-ın məlumatına görə, Tacikistanın futbol üzrə milli komandası (FIFA reytinqində 103-cü yer) Rusiyanın millisi ilə yoldaşlıq oyunu keçirməyəcək.

Bu qarşılaşmanın noyabrda baş tutacağı gözlənilsə də, Düşənbə Rusiyadan bu oyunla bağlı dəvət aldıqlarını, lakin həmin tarix üçün artıq digər komandalarla rəsmi müqavilələrinin olduğunu bildirib.

Oktyabrın 5-də məlum olub ki, Pakistan (FIFA reytinqində 197-ci yer) oktyabrda Rusiya ilə planlaşdırdığı yoldaşlıq oyunundan imtina edib.

Pakistanın futbol federasiyası imtinanın matça hazırlaşmağa vaxt azlığı ilə izah edib və noyabr ayında belə bir oyuna hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Ukrayna ilə müharibə səbəbindən Rusiya idmanına qarşı sanksiyalar tətbiq edilib. Rusiya Federasiyasının milli futbol komandası son illər praktiki olaraq oyun praktikasından məhrum olub. Məhz buna görə də onların oynamağı bacardığı nadir matçlar adətən müqayisə ediləndə daha aşağı səviyyəli rəqiblərlə keçirilir.

Onu da qeyd edək ki, 2024-cü ildə ruslar cəmi üç yoldaşlıq oyunu keçirə biliblər. Bu futbol komandaları arasında Belarus (FIFA reytinqində 97-ci yer), Serbiya (35-ci) və Vyetnam (116-cı yer) yer tutur.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}