Türkiyəli mütəxəssis "Xankəndi" klubunun baş məşqçisi olacaq
Tarix: 09-10-2024 17:01 | Bölmə: İdman
Türkiyəli mütəxəssis "Xankəndi" klubunun baş məşqçisi olacaq

AFFA Region Liqasında çıxış edəcək "Xankəndi" klubunun baş məşqçisi türkiyəli mütəxəssis İbrahim Uzunca olacaq.

Reyting.az
-ın məlumatına görə, bu barədə "Report"a yeni yaradılan komandanın icraçı direktoru Vasif İsmayılov məlumat verib.

O, "Xankəndi"nin 2024/2025 mövsümünə ciddi hazırlaşdığını bildirib:

"Baş məşqçi ilə bir çox məsələlərdə razılıq əldə etmişik. Xırda detallar həllini tapdıqdan sonra onun keçidi rəsmiləşəcək. İbrahim Uzunca ilə daha əvvəl "Füzuli" komandasında bərabər çalışmışıq. Azərbaycan minifutbol yığmasının heyətində çıxış edən oyunçuları heyətimizə cəlb etmişik. Bundan başqa, "Qəbələ" akademiyasının yetirməsi olan Kamil Nəzərli də artıq bizimlə olacaq. Hədəfimiz yarışı qalib kimi başa vurmaq və II Liqada çıxış etməkdir".

Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayı ərzində başlaması nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}