"Neftçi" "Səbail"ə qalib gəlib
Tarix: 19-10-2024 19:52 | Bölmə: İdman
"Neftçi" "Səbail"ə qalib gəlib

Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.

Reyting.az
xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.

"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Bu nəticədən sonra "Neftçi" 8 xalla 7-ci pilləyə yüksəlib. Hazırda turnir cədvəlində 8-ci yerdə olan "Səbail"in isə 7 xalı var(Report)

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyükhesablı üstünlüklə ayrılıb - 5:0.

X turun digər görüşləri sabah reallaşacaq.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}