AFFA iki futbolçunu cəzalandırıb
Tarix: 23-10-2024 12:46 | Bölmə: İdman
AFFA iki futbolçunu cəzalandırıb

I Liqada çıxış edən "İmişli" klubunun iki futbolçusu azarkeşlərə kənar əşya atdığı üçün iki oyunluq cəzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İdris İnqilablı və Bahadur Həziyev V turda "Karvan"la matçda fanatlara kənar əşya atıblar.

"İmişli" onların bu hərəkətinə görə 400 manat (hərəsi 200) cərimə olunub.

Qeyd edək ki, qarşılaşma "Karvan"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}