Qurban Qurbanov: "Çox vacib matçdır"
Tarix: 23-10-2024 13:59 | Bölmə: İdman
Qurban Qurbanov: "Çox vacib matçdır"

"Çox vacib matçdır".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis tanınmış kluba qarşı oynayacaqlarını bildirib:

"Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir"(Report).

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}