Boks üzrə millimizin baş məşqçisi dəyişib
Tarix: 23-10-2024 15:01 | Bölmə: İdman
Boks üzrə millimizin baş məşqçisi dəyişib

Azərbaycanın kişi boksçulardan ibarət millisinə baş məşqçi təyinatı olub.

Boks Federasiyasından Reyting.az-a verilən məlumata görə, yığma ötən ildən qurumda texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

2016-23-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. “Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

Qeyd edək ki, R.Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}