Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 10-02-2026 11:53 | Bölmə: Slayd

Rusiya, ehtimal ki, Avropada, xüsusən də Baltikyanı ölkələr və ya qonşularından birinə qarşı yeni hərbi münaqişələrə hazırlaşır.
Reyting.az xəbər verir ki, bu, Münhen Təhlükəsizlik Konfransının müəlliflərinin Amerikanın Avropa üçün “təhlükəsizlik çətiri”nin sonu barədə xəbərdarlıq etdiyi yeni hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın ikinci administrasiyası Avropa təhlükəsizliyi üçün məsuliyyətin NATO-nun Avropadakı üzvlərinin üzərinə düşməli olduğunu açıq şəkildə bəyan edib. Xüsusilə, ABŞ müdafiə naziri Pit Haqset 12 fevral 2025-ci ildə Təmas Qrupunun iclasında Avropanın təhlükəsizliyinin təmin edilməsinin avropalılar üçün prioritet olmasının vacibliyini deyib.
Vaşinqtonun yeni doktrinasına görə, Avropa ölkələri Ukraynaya həm ölümcül, həm də ölümcül olmayan yardımın “əksəriyyətini” öz üzərinə götürməlidir.
Hesabata görə, 2025-ci ilin yanvar ayından ABŞ-nın hərbi dəstəyi kəskin şəkildə azalıb və Vaşinqton Avropa İttifaqının (Aİ) ticarət güzəştləri ilə birlikdə təhlükəsizlikdən getdikcə iqtisadi təzyiq vasitəsi kimi istifadə edir.
Bu fonda analitiklər Kremlin aqressiv siyasətini gücləndirdiyini düşünürlər. Rusiya iqtisadiyyatını tamamilə hərbi əsasa keçirib, federal büdcənin təxminən 40 faizini müdafiəyə xərcləyib və Ukraynaya qarşı müharibədə maksimalist məqsədlərindən əl çəkməyib.
Hesabat müəllifləri kəşfiyyat məlumatlarına istinadla bir neçə potensial ssenariyə işarə edirlər:
Ukraynada mümkün atəşkəsdən iki il sonra Baltikyanı ölkələrdə regional müharibə başlaya bilər;
Rusiyanın qonşularından birinə qarşı lokal münaqişə mümkündür - altı ay ərzində.
Həmçinin qeyd olunur ki, Moskva artıq Avropada hibrid kampaniyasını gücləndirib. Buraya enerji infrastrukturuna qarşı sabotaj və 2025-ci ilin sentyabr ayında Polşa və Estoniyanın hava məkanının pozulması daxildir.
Bildirilir ki, ABŞ getdikcə müttəfiq deyil, “hakim” kimi çıxış edir.
Avropa ölkələrinin müdafiə büdcələrini ümumilikdə 41 faiz artırmasına baxmayaraq, hesabat müəllifləri bu addımları qeyri-kafi hesab edirlər. AB daxilində vahid müdafiə sistemi yaratmaq əvəzinə, dövlətlər Vaşinqtonun sədaqətini qorumaq üçün Amerika silah sistemlərini, xüsusən də “F-35” və “Patriot” almağa davam edərək “sənaye millətçiliyi” yolunu tutublar.
Hesabatı yekunlaşdıran analitiklər xəbərdarlıq edirlər ki, daha da tərəddüd və strateji qərarların olmaması Avropanı müxtəlif təsir dairələri arasında “boz zonada” qoya və tədricən onun öz gələcəyini müstəqil şəkildə müəyyən etmək qabiliyyətini sarsıda bilər.
N. ORUCOV
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək