Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
Tarix: 14-02-2026 16:55 | Bölmə: Siyasət

Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildiriblər.

Məlumata görə, A. Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayıb. Qriqoryan deyib ki, bu formatda ikitərəfli əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayır.

Qeyd olunur ki, tərəflər sülh prosesini, regional kanalların blokadadan çıxarılması nəticəsində yaranacaq iqtisadi imkanları, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin cari inkişaf dinamikasını müzakirə ediblər.





Bölməyə aid digər xəbərlər