İcra başçısının sabiq müavini həbsdən buraxılmayıb
Tarix: 11-10-2025 14:35 | Bölmə: Xəbərlər
İcra başçısının sabiq müavini həbsdən buraxılmayıb

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Məlumata görə, Sadıqova cəzasının qalan 8 ayının şərti hesab edilməsini xahiş edib.

Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi onun müraciətini təmin etməyib. Hakimlər cəza növünün dəyişdirilməsi üçün yetərli əsas görməyiblər.

Qeyd edək ki, xanım məhkum bu ilin yazında məntəqə tipli cəzaçəkmə müəsisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişdi. Həmin vaxt da rədd qərarı verilmişdi.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb ediliblər. G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub/qafqazinfo




Bölməyə aid digər xəbərlər
8-10-2025, 13:59 Hərbçimiz vəfat edib