13:04 / 15-10-2025
Sabah yağış yağacaq
Ukrayna neft terminalını yenidən vurub
Tarix: 15-10-2025 14:25 | Bölmə: Dünya
Ukrayna neft terminalını yenidən vurub

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hücum və hərbi-iqtisadi potensialını zəiflətmək üçün bu ölkənin hərbi və digər mühüm obyektlərinə zərbələrini davam etdirir.

Reyting.az
xəbər verir ki, Ukrayna Baş Qərargahı Krımın Feodosiya bölgəsində Dəniz Neft Terminalına ikinci dəfə zərbə endirildiyini təsdiqləyib.

Ukrayna qüvvələri əvvəlki hücumdan sağ çıxan 16 yanacaq çəninin zədələndiyini bildirib. Obyektdə genişmiqyaslı yanğın davam edir.

Feodosiya Dəniz Neft Terminalı Rusiya qoşunlarını yanacaq və sürtkü materialları ilə təmin edən əsas logistika mərkəzidir. Çənlərdə saxlanıla bilən neft məhsullarının ümumi həcmi təxminən 193 min kubmetrdir.

Bundan başqa, Baş Qərargahın məlumatına görə, oktyabrın 14-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Krasnaya Polyanadakı (Krım Muxtar Respublikasında) P-18 radiolokasiya stansiyasına, Oleşki şəhərində (Xerson vilayətində) PUA-ların idarəetmə mərkəzinə və Makivka vilayəti (Donetsk) yaxınlığındakı sursat anbarına da zərbələr endirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər