Sanki bir mələk… - Din xadimi yazır
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
Məhkəmə baş redaktorun əleyhinə qərar verib
Sabah Günəş tutulması olacaq
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Tarix: 17-02-2026 18:58 | Bölmə: Cəmiyyət

Müasir texnologiyalar elə bir yüksəlişə çatıb ki, istənilən təhlükə zamanı və yaxud da hərbi məqsədlər üçün real vaxtı, ona yaxın zamanı dəqiqləşdirən, həmçinin bütün məlumatları əldə edə bilən güclü kosmik peyklərdən gizlənmək və onlardan yayınıb sığınacağa girmək mümkün deyil.
Reyting.az bildirir ki, amerikalı ekspertlərin sözlərinə görə, müasir optik və radiolokasiya peykləri orbitdən məlumatlar toplamaqla, orduya, digər hərbi qüvvələrə düşmənin mövqelərini real vaxtda aşkar etməyə, izləməyə imkan verir.
Araşdırmaçılar müqayisə üçün vurğulayırlar ki, XX əsrdə, yəni SSRİ ilə ABŞ arasındakı siyasi və hərbi rəqabətin coğrafiyasında formalaşan, bütün Avropanı əhatə edən "Soyuq müharibə" dövrlərində də kosmik kəşfiyyat mövcud olub, lakin belə yüksək dəqiqlikli görüntülər nadir hallarda əldə edilib. Üstəlik, nəticə etibarilə bu cür gecikən informasiyalar səbəbindən "kor zonalar" yaranıb.
Bu gün isə texnologiya yüksək səviyyədə irəliləyib və tez-tez təkrar keçidlər, həm də aşağı Yer orbitində ucuz buraxılışlar, süni intellektin tətbiqi eyni ərazinin saatda bir neçə dəfə müşahidəsinə tam imkan verir.
Ən effektiv sistemlər sırasında ABŞ-nın optik kəşfiyyat peykləri "KH-11/CRYSTAL", "SpaceX" şirkətinin milli təhlükəsizlik üçün nəzərdə tutduğu "Starshield" proqramı və Çinin ikili təyinatlı "Yaogan" qruplaşması, "NASA–ISRO"nun radar missiyası "NISAR", ABŞ-nın buludlu, həmçinin gecə şəraitində işləyən "Topaz" (FIA-Radar), eyni zamanda da "SAR" peykləri var.
Ekspertlərin fikrincə, bu cür peyklərin mövcudluğu bir daha sübut edir ki, nəinki hərbi, hətta mülki obyektlərin belə kosmik izləmələrdən gizlənməsi, "gizli gözlərdən" yayınması mümkünsüzdür.
Hazırda ən müasir və çoxsəviyyəli orbital sistemlər nadir "anlıq çəkilişlərdən" demək olar ki, fasiləsiz monitorinqə keçidi nümayiş etdirir və hərbi analitiklərə hərəkətləri, tikintiləri, yaxud da əməliyyat aktivliyinin baş verdiyi anları izləməyə imkan yaradır.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək