07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dünya çempionu öz kəmərini Tale Heydərova bağışladı – Açıqlama
Tarix: 10-06-2016 18:20 | Bölmə: İdman


Bu gün "Qəbələ” klubunun prezidenti Tale Heydərov peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədovla görüşüb.

Reyting.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fariz Məmmədov öz instagram səhifəsində yazıb.

Fariz Məmmədov görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib.

F.Məmmədov qol.az-ın müxbiri ilə söhbətində görüşlə bağlı təəssüratlarını bölüşüb:"Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla "Qəbələ” İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu”

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}