AFFA I Liqa təmsilçisinə texniki məğlubiyyət verib
Tarix: 08-04-2025 12:30 | Bölmə: İdman
AFFA I Liqa təmsilçisinə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi I Liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

Reyting.az
xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Belə ki, XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub