Papaya görə futbol oyunları təxirə salınıb
Tarix: 21-04-2025 15:44 | Bölmə: İdman
Papaya görə futbol oyunları təxirə salınıb

Futbol üzrə İtaliya çempionatının bazar ertəsi keçirilməsi planlaşdırılan 4 oyunu təxirə salınıb.

Reyting.az
xəbər verir ki, qərarın qəbuluna səbəb Papa Fransiskin vəfatıdır.

Söhbət "Torino"-"Udineze", "Kalyari"-"Fiorentina", "Cenoa"-"Latsio", "Parma"-"Yuventus" oyunlarından gedir.

Bu görüşlərin keçiriləcəyi tarix sonra açıqlanacaq.

Onu da qeyd edək ki, Papa Fransisk Vatikanın Santa Marta Evindəki iqamətgahında vəfat edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub