07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Azərbaycan yığması "Fənərbaxça" ilə qarşılaşıb
Tarix: 29-12-2019 23:46 | Bölmə: İdman
Azərbaycan yığması "Fənərbaxça" ilə qarşılaşıb

Türkiyədə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama matçını keçirib.

Reyting.az
-ın məlumatına görə, yığma komandamız İstanbulda “Fənərbaxça” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma voleybolçularımız üçün yaxşı başlayıb. Təmsilçimiz ardıcıl 2 setdə rəqibindən üstün olub – 25:22, 25:23.

Lakin növbəti hissələrdə rəqib təşəbbüsü ələ alıb və status-kvonu bərpa edib – 25:17, 25:23.

Komandalar qarşılıqlı razılığa əsasən tay-breki oynamayıblar və yığma Vasif Talıbovun rəhbərliyi altında ilk qarşılaşmanı qələbəsiz başa vurub - 2:2.

Qeyd edək ki, Olimpiya təsnifat turnirinə hazırlaşan millimiz qardaş ölkədə daha bir sınaq oyunu keçirəcək. Rəqib “Türk Hava Yolları” olacaq.(ApaSport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}