Rusiyada təyyarə qəzası olub
Tarix: 05-06-2025 18:41 | Bölmə: Dünya
Rusiyada təyyarə qəzası olub

Rusiyanın Saratov vilayətinin Yerşovski rayonunda kiçik təyyarə elektrik xəttinə toxunaraq əkin sahəsinə düşərək yanıb. Pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə vilayət hökumətinin regional təhlükəsizlik departamentinin rəhbəri Yuri Yurin öz “Telegram” kanalında məlumat yayıb.

"Bu gün saat 17:27-də Yerşovski bələdiyyəsinin Novorepnoye kəndində kiçik təyyarənin pilotu, ilkin məlumatlara görə, elektrik xəttinə toxunub, [təyyarə] əkin sahəsinə düşüb və yanıb. Pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib",- Y. Yurin qeyd edib.

Zərərçəkmiş Yerşov şəhər xəstəxanasına yerləşdirildiyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının isə hadisə yerində işlədikləri bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-06-2025, 18:26 Baş nazir istefa verib