Bakı-Quba yolunda yanğın olub, bir nəfər xəsarət alıb
Tarix: 05-06-2025 18:02 | Bölmə: Cəmiyyət
Bakı-Quba yolunda yanğın olub, bir nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə olan mazut kütləsi yanıb.

Yanğın zamanı orada fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər