Gəncədə azyaşlı bıçaqlanıb
Tarix: 06-06-2025 09:27 | Bölmə: Xəbərlər
Gəncədə azyaşlı bıçaqlanıb

Gəncədə azyaşlı bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Reyting.az-a bildirilib ki, iyunun ayının 5-də Gəncə Şəhər Baş Polis İdarəsinə yetkin yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü R. İ saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər