14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Azərbaycanla sərhəddə iki erməni itkin düşüb
Tarix: 06-06-2025 13:11 | Bölmə: Xəbərlər
Azərbaycanla sərhəddə iki erməni itkin düşüb

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçiblər.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.(APA)




Bölməyə aid digər xəbərlər
12-06-2025, 00:23 TV rəhbəri həbs olunub