17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bu gün Şuşada beynəlxalq turnir başlayır
Tarix: 21-09-2022 09:40 | Bölmə: İdman
Bu gün Şuşada beynəlxalq turnir başlayır

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək.

Reyting.az
xəbər verir ki, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” beynəlxalq şahmat turniri sentyabrın 24-dək Şuşadakı “Qarabağ” otelində olacaq.

Turnirin açılış mərasimi bu gün saat 14:00-da başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi keçiriləcək.

Açılış mərasimindən sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.

“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manatdır.

“Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}