Seul Trampın yeni tariflərini rədd edir
Tarix: 27-01-2026 08:42 | Bölmə: İqtisadiyyat

Seul Trampın yeni tariflərini rədd edir

Cənubi Koreya rəsmiləri yerli mallara tariflərin artırılması qərarı ilə bağlı ABŞ-dan hələlik rəsmi bildiriş və ya ətraflı izahat almadıqlarını bildiriblər.

Reyting.az xəbər verir ki, bu barədə “The Korea Times” nəşri məlumat yayıb.

“Yonhap” agentliyi isə bildirir ki, sənaye naziri Kim Çen Kvan amerikalı həmkarı ilə vəziyyəti müzakirə etmək üçün ABŞ-a göndəriləcək.

Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi də qanun layihəsinin Milli Assambleyada müzakirəsinin gedişatını aydınlaşdırmaq üçün Vaşinqtonla əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb