Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 29-01-2026 17:11 | Bölmə: İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankında növbəti dəyişiklik olub.
Reyting.az xəbər verir ki, müvafiq əmrlə Bankın baş direktoru Rəna Məlikova qurumun sədrinin müşaviri təyin edilib.
Onun yerinə isə Tural Feyzullayev gətirilib.
Məlumatda deyilir ki, R. Məlikova 1964-cü ildə Bakıda anadan olub, 1988-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə yenidənhazırlanma kursunu bitirib.
O, əmək fəaliyyətinə 1981-ci ildə başlayıb, 1993-cü ilə qədər hüquq işi sahəsində müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildən AMB-yə aparıcı hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, Hüquq şöbəsinin rəisi, 2000-ci ilin mart ayından isə Hüquq departamentinin direktoru vəzifəsində işləyib, 2007-ci ildə bank sisteminin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə, 2019-cu ilin sentyabr ayında 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib, 2024-2025-ci illərdə AMB-nin baş direktoru vəzifəsində işləyib.
T. Feyzullayev isə 1990-cı ildə Ağcabədidə anadan olub, 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini "Beynəlxalq və Avropa hüququ", 2014-cü ildə isə həmin universiteti "Beynəlxalq biznes hüququ" ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.
O, əmək fəaliyyətinə 2011-ci ildə "Azərsun Holdinq" MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb, 2015-2016-cı illərdə AMB-nin Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi olub, 2018-ci ilin noyabr ayında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib, 2020-2021-ci illərdə AMB-nin Hüquq departamentində direktor müavini - Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi, 2021-2022-ci illərdə "AccessBank" QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib, 2021-ci ildə Birinci "Yüksəliş" müsabiqəsinin qalibi olub, 2022-2025-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər