Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
Tarix: 27-01-2026 10:45 | Bölmə: İqtisadiyyat

Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib

Mərkəzi Bank BOKT “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxslərini cərimələyib.

Reyting.az xəbər verir ki, Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə olunub.






Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb